İyl
2022
17:28
16
348
2341
Virtual karabakh

Xaçmazda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

6 İyl, 2022
17:28
2341

Xaçmazda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

APA-nın verdiyi məlumata görə, Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

16:54

Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan şəxsin kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə, dənizdə batan şəxs Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğludur.

Hadisə Nabran kəndi ərazisində baş verib.

Onun axtarışları davam etdirilir.

15:36

Xaçmazda dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 kilometr aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri