11 
İyl
2022
23:06
21
506
4458
Virtual karabakh

Qəzada həlak olan hərbçimizin 4 aylıq oğlu yadigar qalıb - FOTO

11 İyl, 2022
23:06
4458

Qəzada həlak olan hərbçimizin 4 aylıq oğlu yadigar qalıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, iyulun 9-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Tağıyev Novruz Tağı oğlu xidməti vəzifəsini yerinə yetirən zaman həlak olub. 

“Unikal” xəbər verir ki, N.Tağıyev 1990-cı ildə Tovuz rayonunun Koxanəbi kəndində dünyaya gəlib. Novruz Tağıyev ailədə 3 qardaş, 3 bacı arasında sonuncu övlad olub. Ailəli olan mərhum hərbçimizin 4 aylıq oğlu Uğur yadigar qalıb.

Qeyd edək ki, avtoqəza nəticəsində həlak olan N.Tağıyev ötən gün Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı Novruz Tağıyevin qardaşı Namiq Tağıyevə təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri