20 
İyl
2022
14:20
271
32
6052
Virtual karabakh

30 il sonra arzuları gerçəkləşən Ağalı sakinlərinin yaşayacağı mənzillərdən görüntülər - VİDEO

20 İyl, 2022
14:20
6052

30 il sonra arzuları gerçəkləşən Ağalı sakinlərinin yaşayacağı mənzillərdən görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük qayıdışın birinci mərhələsi üzrə 10 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Baku TV-nin əməkdaşı 30 il sonra arzuları gerçəkləşən sakinlərə təqdim edilən mənzillərdə onlar üçün yaradılmış şəraitlə tanış olub.

İllər sonra öz yurdlarına ayaq basan Ağalı sakinləri ilk təəssüratlarını da bölüşüb.

“Biz 30 ili Bakıda yaşamamışdıq, həyatımız donmuşdu, bundan sonra davam edəcək”, - deyə sakinlərdən biri deyib.

Azərbaycanda ilk dəfə “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı kəndində evlər su enerjisindən istifadə etməklə qızdırılır, Günəş enerjisi vasitəsilə isə işıqlandırılır. Bu da qardaş Türkiyənin şirkətlərindən birinin “Arximed” layihəsi əsasında qurulub. Ağıllı kəndin digər üstünlüyü isə dövlət xidmətlərindən rayon mərkəzinə getmədən istifadədir. Kənd meydanındakı Dövlət Xidmətləri Mərkəzində vətəndaş onlayn müraciətlə işini həll edə biləcək.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri