22 
İyl
2022
11:12
29
138
1484
Virtual karabakh

Yeddi yaşlı Aytən əməliyyat olunmalıdır - FOTO

22 İyl, 2022
11:12
1484

Yeddi yaşlı Aytən əməliyyat olunmalıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeddi yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Yusifova Ülviyyə Sədaqət qızı məlumat verib.

O bildirib ki, övladı yeriyəndə axsayır:

“Aytənin onurğasında lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.), əməliyyat olunmalıdır.

Qızımın hər iki bud çanaq oynağına da implant qoyulmalıdır. Bu əməliyyat üçün bizdən 14 min manat vəsait tələb olunur. Lakin maddi imkansızlığa görə qızımı əməliyyat etdirə bilmirik. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 051 866 99 90

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri