26 
İyl
2022
17:48
172
17
2398
Virtual karabakh

Bakıda qətl törədən taksi sürücüsünə 10 il həbs cəzası verildi

26 İyl, 2022
17:48
2398

Bakıda qətl törədən taksi sürücüsünə 10 il həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirib.

Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətli törətməkdə şübhəli bilinən S.Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri