28 
İyl
2022
22:08
266
12
1627
Virtual karabakh

Qəbələdə dağlıq-meşəlik ərazidə azan üç nəfər xilas edilib

28 İyl, 2022
22:08
1627

Qəbələdə dağlıq-meşəlik ərazidə azan üç nəfər xilas edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə üç nəfər yolu azaraq köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onların xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyəsi təmin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri