Avq
2022
13:48
55
52
1470
Virtual karabakh

Bakıda binada yanğın təhlükəsizliyi texnikasında problem yaranıb - FOTO

2 Avq, 2022
13:48
1470

Bakıda binada yanğın təhlükəsizliyi texnikasında problem yaranıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu, Eldar Babayev küçəsində yaşayan şəxslər şikayətçidirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına sözügedən küçədə yaşayan vətəndaşlar müraciət ediblər. 

Onlar bildiriblər ki, “Parlaq” MTK-nın inşa etdiyi 4V binasında yanğın təhlükəsizliyi texnikası qaydasında deyil. 

Vətəndaşlar əlavə ediblər ki, məsələ barədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlasalar da, onları cavab verməyən nömrələrə yönləndirirlər.

Qeyd edək ki, bina təhvil verilən zaman yanğın təhlükəsizliyi texnikası qaydasında olub. 

Məsələ ilə bağlı FHN ilə əlaqə saxladıq. 

Qurumdan saytımıza bildirildi ki, belə hallarda Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat vermək lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri