Avq
2022
11:46
19
139
2607
Virtual karabakh

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri - AÇIQLAMA

4 Avq, 2022
11:46
2607

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalanda binada ötən gün baş verən partlayış zamanı yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb. 

Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya daxil olan hər iki şəxsin vəziyyəti ağırdır. 

Bildirilib ki, yaralılar reanimasiya şöbəsinə yerləşdirilib.

Klinik Tibbi Mərkəzdən saytımıza verilən məlumata görə, mərkəzə daxil olan iki nəfərin vəziyyətində ciddi problem olmadığından onlar evə buraxılıb:

“Hadisə yerindən Klinik Tibbi Mərkəzə üz tutanlardan biri barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 2001-ci il təvəllüdlü bir nəfər isə tüstüdən boğulma şübhəsi ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Həmin şəxsin səhhətində hər hansı ciddi problem görülmədiyinə görə sonradan evə buraxılıb”.

Qeyd edək ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. İlkin ehtimala görə, hadisə beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib. Partlayış nəticəsində xəsarət alanlardan ikisi Nərimanov Tibb Mərkəzinə, ikisi isə KTM-ə yerləşdirilib. 

Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri