Avq
2022
23:32
432
54
7230
Virtual karabakh

Beş övladı ilə küçələrdə qalan qadının əri niyə onların sığınacaqda qalmasını istəmir? - YENİLƏNİB+FOTO/VİDEO

8 Avq, 2022
23:32
7230

Beş övladı ilə küçələrdə qalan qadının əri niyə onların sığınacaqda qalmasını istəmir? - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana beş övladı ilə beş gündür parkda gecələyir.

Parkda gecələyən ailəni İctimai TV-nin əməkdaşları ziyarət edib. 

Məlum olub ki, ailə Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib.

Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, ananın 32, ən böyük övladın 12, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların üçü həm fiziki, həm də əqli qüsurludur. 

“Qadın iddia edir ki, övladlarının birinin böyrəyindəki stendi çıxartdırmaq üçün Bakıya gəliblər. Gah da deyir ki yoldaşının cibindən pulu oğurlandığı üçün küçədə qalıblar” – deyə, komitə sədri bildirib.

18:11

Bakıda azyaşlılar küçədə gecələyirlər. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Oxu.Az xəbər verir ki, söhbət paytaxtın “Şamaxinka” kimi adlanan ərazisindən gedir. 

İddia edilib ki, beş kimsəsiz uşaq və anası bir neçə gündür ərazidəki parkda gecələyirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev Oxu.Az-a bildirib ki, azyaşlıların sığınacağa yerləşdirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilib, ailənin sığınacağa yerləşdirilməsi artıq təmin edilib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu isə redaksiyamıza açıqlamasında qeyd edib ki, Komitəyə daxil olan müraciət əsasında beş uşaq və bir qadın sığınacağa yerləşdirilib:

“Məsələ ilə bağlı araşdırma aparılır”.

Əldə etdiyimiz məlumata görə, ailə Tovuz rayonundan Bakıya gəlib. Onların yaşadıqları yeri hansı səbəblə tərk etdikləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri