Avq
2022
18:28
393
23
4059
Virtual karabakh

Pənahəli xanın İspaniyada yaşayan varisi: “Evimizdə doğma dilimizdə danışırıq” - FOTO

8 Avq, 2022
18:28
4059

Pənahəli xanın İspaniyada yaşayan varisi: “Evimizdə doğma dilimizdə danışırıq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İspaniyada doğulub, orada yaşasaq da, hər zaman evimizdə doğma dilimizdə danışırıq. Buna görə də heç bir zaman dilimizi və millətimizə olan sevgimizi itirmədik”.

“Report” xəbər verir ki, bu sözləri Pənahəli xanın varisi Məhəmmədəli Əkbərov Ağdamda İmarət sarayını ziyarət edərkən media nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailəsi hər zaman azərbaycançılığı yüksək səviyyədə təbliğ edib. 21 yaşının olduğunu deyən qonaq İspaniyanın Arabada şəhərində anadan olduğunu bildirib. Sonradan valideynlərinin Madridə köçdüyünü qeyd edən M.Əkbərov hazırda bu şəhərdə kriminalistika fakültəsinin 3-cü kursunda təhsil aldığını vurğulayıb.

“Atamın babası Ağdama köçmüşdü və burada bir nömrəli məktəbdə direktor kimi fəaliyyət göstərib. O, həm də müəllim idi. İspaniyada yaşamağımıza baxmayaraq, evdə hər zaman Azərbaycan dilində danışırıq. Ona görə də mən öz ana dilimi yaxşı bilirəm. Bizdə hər kəsin ən böyük arzusu işğaldan azad olunmuş yerləri gəlib görməkdir”, - M.Əkbərov bildirib.

M.Əkbərov İspaniyada Azərbaycanla bağlı keçirilən bütün tədbirlərdə iştirak etdiyini media nümayəndələrinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanla bağlı bu ölkədə keçirilən bütün tədbirlərdə mütəmadi olaraq iştirak edir.

Pənahəli xanın nəslinin davamçısı vurğulayıb ki, hər zaman Xocalı soyqırımının tanınması və bu kimi bütün tədbirlərin iştirakçısı olub: “Azərbaycana gəlişimə görə, Heydər Əliyev Fonduna və Diasporla iş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm. Onların təşkil etdiyi “Şuşa lll Yay Düşərgəsini” iştirak etdim. Biz 55 xarici ölkədə yaşayan 116 nəfər Şuşaya gəldik. Mənim üçün Şuşada olmağın ayrı bir şərəf hissi var. Çünki bizim nəslin kökü Şuşada olduğu üçün, böyük bir sevinc hissi yaşadım. Eyni zamanda, Şuşanı gəzərkən kədərlənib kövrək hisslər yaşadım. Dağıdılan abidələr, xarabalığa çevrilmiş evləri gördüm. Orada indi insanların xatirələri yaşayır. Yol boyu hərəkət etdikcə bu yerləri azad edən şəhidlərimizin fotolarını gördüm, çox duyğulandım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah bərpa işləri başa çatdıqdan sonra hər kəsin öz yurdunda yaşamasını düşündükcə adamda sevinc və fərəh dolu hisslər yaranır. Ağdama gəlməyim isə tamamilə fərqli bir hiss yaşatdı. Buraya gəlib Pənahəli xanın, onun oğlanlarının İmarətini görmək çox böyük qürurverici hisdir. Mənim valideynlərim də gəlmək istəyirlər. İnşallah ki, qısa müddətdə onlar da gələr. Çox istərdim ki, Ağdamda, Şuşada bir evim olsun. Ailəmlə gəlib burada yaşayım”.

M.Əkbərov Ulu babasının inşa etdirdiyi Şahbulaq qalasını da ziyarət edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri