Avq
2022
21:14
20
455
5071
Virtual karabakh

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib: 2 ölü, 1 yaralı var - YENİLƏNİB

8 Avq, 2022
21:14
5071

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib: 2 ölü, 1 yaralı var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran rayonunda da baş verən ağır yol qəzasında ölənlərin və yaralanan şəxsin kimliyi məlum olub.

"Report"un Cənub mərkəzinin verdiyi məlumata görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Fariz Ramiz oğlu Əliyev və 2000-ci il təvəllüdlü Ruslan Natiq oğlu Hüseynzadə ölüb.

1990-cı il təvəllüdlü Tərlan İslam oğlu Rəhimov isə yaralanıb, onun vəziyyəti ağır olaraq qalır. 

Onların hər üçü Lənkərəan rayonunun Səpnəkəran kənd sakinləridir.

19:10

Lənkəran rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Vel kəndi ərazisində, məktəb yolunda qeydə alınıb.

“VAZ-2107” markalı, 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Qəzada ölənlər və yaralananın Lənkəran rayonunun Səpnəkəran kənd sakinləri olduğu, kimliklərinin dəqiqləşdirildiyi bildirilir.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri