30 
Avq
2022
22:11
250
95
3644
Virtual karabakh

Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir - YENİLƏNİB

30 Avq, 2022
22:11
3644

Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Ənvər Həsənovun səhhəti ağır olaraq qalır. Sənətkarın qızı APA-ya bildirib ki, bu gün atasının “Covid-19” testi də pozitiv çıxıb. O, atasının müalicəsinin davam etdirildiyini söyləyib.

Heydər Əliyev Fondundan APA-ya bildirilib ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün müraciət edib. Fond da, öz növbəsində, ailəyə dəstək göstərir.

Qeyd edək ki, Xalq artistinin səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. O, hazırda Mərdəkanda xəstəxanada müalicə alır.

21:43

Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində  bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. 

Bu barədə TƏBİB məkumat yayıb.

Bildirilib ki, xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.

Qeyd edək ki, xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri