Sen
2022
21:41
27
677
3853
Virtual karabakh

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

2 Sen, 2022
21:41
3853

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub.

Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin “Report”a verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.

O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.

R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.

Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.

Bizimlə əlaqə saxlayın