Sen
2022
16:05
243
17
1667
Virtual karabakh

Sabah Xurşidbanu Natəvanın 190 illik yubileyi Şuşada qeyd ediləcək

8 Sen, 2022
16:05
1667

Sabah Xurşidbanu Natəvanın 190 illik yubileyi Şuşada qeyd ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

“Report” xəbər verir ki, tədbir Prezident İlham Əliyevin martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı çərçivəsində həyata keçiriləcək.

Tədbirlə əlaqədar bir çox mədəniyyət nümayəndələri, yazıçı, şairlər və incəsənət xadimləri Şuşada səfərdədir.

Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832-ci il avqustun 6-da, Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897 oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri