11 
Sen
2022
19:56
543
45
7357
Virtual karabakh

Bakıda evində tiryəkxana təşkil edən qadın HƏBS OLUNDU - FOTO + YENİLƏNİB

11 Sen, 2022
19:56
7357

Bakıda evində tiryəkxana təşkil edən qadın HƏBS OLUNDU - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami Rayon Məhkəməsi evdə tiryəkxana təşkil edən qadınla bağlı qərar elan edib.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmənin qərarı ilə G.Məmmədova barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

14:59

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə tiryəkxana təşkil edən qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, saxlanılan Günay Məmmədovanın üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib.

Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri