13 
Sen
2022
22:49
442
75
4500
Virtual karabakh

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Qəbələdə dəfn edildi - FOTO/VİDEO

13 Sen, 2022
22:49
4500

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Qəbələdə dəfn edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Elşən Babazadə Qəbələdə dəfn edilib.

“Report”un məlumatına görə, ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadənin nəşi doğulub boya-başa çatdığı rayonun Mıxlıqovaq kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

E.Babazadə dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Sahib Babayevə təqdim edilib.

Qeyd edək ki, 26 yaşlı E.Babazadə nişanlıydı, iki bacının yeganə qardaşı idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri