14 
Sen
2022
11:25
83
469
6328
Virtual karabakh

Şəhid Ümid Həsənov Qubada dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

14 Sen, 2022
11:25
6328

Şəhid Ümid Həsənov Qubada dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) 21 yaşlı Həsənov Ümid İlqar oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, şəhid Ü.Həsənov Qubanın İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

09:46

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) 21 yaşlı Həsənov Ümid İlqar oğlunun nəşi doğulduğu Quba rayon Vəlvələ kəndinə aparılıb.

Oxu.Az xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ü.Həsənov ailənin tək oğlu olub. Ailədə yalnız anası var, atası vəfat edib. İki bacısı isə ailəlidir. 21 yaşlı şəhidimiz hələ evlənməmişdi. 

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri