17 
Sen
2022
21:29
80
672
6009
Virtual karabakh

Azərbaycan 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib

17 Sen, 2022
21:29
6009

Azərbaycan 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 32 erməni hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

“Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki vermişdir.

Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilmişdir.

Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcəkdir”, - Dövlət Komissiyasından bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri