21 
Sen
2022
16:24
2
163
1417
Virtual karabakh

Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb - FOTO

21 Sen, 2022
16:24
1417

Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun Mingəçevir şəhəri ərazisində itkin düşdüyü müəyyən edilib.

Ramin Mahmudovun əlamətləri - boyu 161 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə evdən çıxarkən üzərində qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub. Qeyd edək ki, itkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri