22 
Sen
2022
17:36
10
229
1706
Virtual karabakh

Şəhid adına yaraşmayan məktəb - VİDEO

22 Sen, 2022
17:36
1706

Şəhid adına yaraşmayan məktəb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baxımsız sinif otaqları və dəhlizlər, qırıq ayna və qapılar, şüşəsiz pəncərələr. Söhbət Şəmkirin Çinarlı qəsəbəsindəki şəhid Etibar Həsənov adına 1 saylı məktəbdən gedir. 

Valideynlərin sözlərinə görə, məktəb istifadəyə veriləndən bəri bir dəfə də olsun əsaslı təmir olunmayıb.

Məktəbin acınacaqlı vəziyyətindən ən çox narahatlıq keçirən isə adını daşıdığı şəhid Etibar Həsənovun anasıdır. 

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Məktəbin yaxın zamanda təmir olunacağı gözlənilir. 

Qeyd edək ki, rayondakı daha bir neçə məktəbdə oxşar vəziyyət hökm sürür.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri