23 
Sen
2022
18:14
388
28
1183
Virtual karabakh

Gürcüstanın azərbaycandilli məktəblərinə 21 min nüsxədən çox dərslik göndərilib

23 Sen, 2022
18:14
1183

Gürcüstanın azərbaycandilli məktəblərinə 21 min nüsxədən çox dərslik göndərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 23-də Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2022/23-cü tədris ili üçün 18 adda 21 703 nüsxə dərslik göndərilib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Sözügedən dərs vəsaitləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, Ana dili və Ədəbiyyat dərsliklərinin mübadiləsi 21 fevral 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Son beş ildə Elm və Təhsil Nazirliyi tərəfindən 105 913 nüsxə dərslik və metodiki vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə  göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri