26 
Sen
2022
15:47
54
123
2264
Virtual karabakh

Qrafiklə su alan Xətai sakinlərindən narazılıq: “Qonşu rayonda niyə daimidir?” - ŞİKAYƏT

26 Sen, 2022
15:47
2264

Qrafiklə su alan Xətai sakinlərindən narazılıq: “Qonşu rayonda niyə daimidir?” - ŞİKAYƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonu, Qaçaq Nəbi küçəsi, bina 7-nin sakinləri su problemindən əziyyət çəkirlər. 

Bu barədə Oxu.Az-a şikayət daxil olub. Vətəndaşlar bildiriblər ki, binaya su səhər saat 6-dan 12-dək, bir də axşam saat 6-dan gecə 00-dək verilir. Lakin həmin əraziyə yaxın olan Nizami rayonu isə 24 saat su ilə təmin olunur:

“300 metr məsafədə yerləşən Nizami rayonuna su daimi verildiyi halda, bizə suyun verilməsi qrafiklə həyata keçirilir. 2021-ci ildə yanvar və mart aylarında iki dəfə “Azərsu” ASC-nin baş idarəsinə yazılı müraciət etdik, suyun fasilələrlə verilməsinin başadüşülən olmadığını bildirdik. Bizə cavab verdilər ki, qrafik vaxtı su yüksək təzyiqlə, digər vaxtlarda isə adi təzyiqlə verilir. Yəni onların dediyindən belə çıxır ki, qrafikdən kənar vaxtlarda su az da olsa, gəlir”.

Sakinlərin sözlərinə görə, son bir ayda axşam saat 11 radələrinədək əraziyə su verilmir:

“On gün əvvəl “955”ə zəng etdik, bizə hadisədən xəbərsiz olduqlarını, məsələnin araşdırılacağını dedilər. Amma heç bir tədbir görülmədi, hətta bir dəfə suyu gecə 12-dək kəsdilər. Yenə zəng edib məlumat verdik, bu dəfə də məlumatsız olduqlarını və rəhbərliyə bildirəcəklərini dedilər. Yayın istisində camaat niyə susuz qalmalıdır? Körpə uşaq var evdə, ancaq su tapmırıq”.

Məsələyə münasibət bildirən “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında ərazidəki vəziyyətin texniki imkanlardan qaynaqlandığını qeyd edib:

“Ərazinin bir hissəsinə fasiləsiz, digər hissəsinə isə qrafikə uyğun olaraq səhər və axşam saat 6-dan 12-dək su verilir. Amma həmin ərazidə günorta saat 12-6 arası və gecə saatlarında bizim kiçik nasoslarımız çalışır. Mərkəzi anbardan su vurulur və binaların orta mərtəbələrinə qədər su çatır. Yəni biz suyu tam kəsmirik, sadəcə, həmin müddətdə böyük nasoslar saxlayırıq ki, anbar ehtiyatlarını toplayaq. Çünki həmin anbardan təkcə bu ərazilər deyil, eyni zamanda Köhnə və Yeni Günəşli, Zığ ərazisi də su ilə təmin olunur. Yəni vəziyyət sırf texniki imkanlar və su həcmi ilə bağlıdır”. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri