27 
Sen
2022
12:55
131
17
2047
Virtual karabakh

Sabah duman olacaq - VİDEO

27 Sen, 2022
12:55
2047

Sabah duman olacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 25-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80% , gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 25-30, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri