Sumqayıtda elektrik enerjisinin verilməsi bərpa edildi - YENİLƏNİB
Sumqayıtda elektrik enerjisinin verilməsi bərpa edildi - YENİLƏNİB
Sumqayıt şəhərində elektrik enerjisi ilə bağlı problem aradan qalxıb.
Oxu.Az-ın məlumatına görə, bu gün saat 11:00-dan etibarən elektrik enerjisinin kəsilməsi müşahidə olunan mikrorayonlarda və Corat qəsəbəsində enerjinin verilməsi bərpa edilib.
16:14
Sumqayıt şəhərində elektrik enerjisinin verilməsində problem yaşanır.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, Sumqayıtın 6, 10, 13, 18-ci mikrorayonlarında və Corat qəsəbəsinə saat 11:00-dan elektrik enerjisi verilmir.
“AzərEnerji” ASC-nin mətbuat katibi Teymur Abdullayev həmin ərazilərdə profilaktik tədbirlərin aparılmadığını deyib:
“AzərEnerji”nin Sumqayıtda ümumiyyətlə heç bir xəttində problem yoxdur. Profilaktik tədbirlər aparılmır”.
“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə problemin onlarla bağlı olmadığını söyləyib:
“Bunun bizimlə əlaqəsi yoxdur. Problem bizdən qaynaqlanmayıb”.
Nəzrin Vahid