28 
Sen
2022
18:41
23
223
3951
Virtual karabakh

Külli miqdarda əməkhaqqı mənimsənilib? - VİDEO

28 Sen, 2022
18:41
3951

Külli miqdarda əməkhaqqı mənimsənilib? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkirdə inşa olunan Uşaq Bərpa Mərkəzinin tikintisində çalışmış 20-dən artıq işçi bildirir ki, aylardır əməkhaqlarını ala bilmirlər.

Onların sözlərinə görə,  inşaatı aparan “115A Qrup” şirkətinin rəhbərliyi uzun yığılmış borcları verməkdən müxtəlif bəhanələrlə yayınır. 

2020-ci ilin fevralında başlanan inşaat işləri müəyyən fasilələrlə 2 ay əvvələ qədər davam edib. Hazırda isə ərazidə nə iş gedir, nə də işçi var. 

Sözügedən şirkət rəhbərlərindən biri olan Araz Hətəmov isə səslənən iddiaları əsassız hesab edir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov isə bildirib ki, Nazirlik tərəfindən tenderi udmuş “STT Qrup Azərbaycan” şirkəti qarşısında bütün öhdəliklər yerinə yetirilib. Şəmkir Uşaq Bərpa Mərkəzinin proqram üzrə 2022-ci ilin sonunda təhvil verilməsi nəzərdə tutulub və gedişatda şirkətə ödəmələrdə ləngimə yoxdur. İşçilərin əmək haqqının gecikdirilməsi ilə bağlı məsələ Nazirlik tərəfindən nəzarətə götürüləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri