29 
Sen
2022
21:00
15
692
13920
Virtual karabakh

Tənəffüsdə qəfil vəfat edən şagirdin sinif yoldaşı hadisənin necə baş verdiyindən DANIŞDI - YENİLƏNİB + VİDEO

29 Sen, 2022
21:00
13920

Tənəffüsdə qəfil vəfat edən şagirdin sinif yoldaşı hadisənin necə baş verdiyindən DANIŞDI - YENİLƏNİB + VİDEO

Ağstafada tənəffüs zamanı halı dəyişərək qəfl vəfat edən, Fariz Qasımovun, təhsil aldığı məktəbin direktoru və sinif yoldaşları hadisənin necə baş verməsi barədə danışıblar.

Sinif yoldaşının sözlərinə görə, hadisə yeməkxananın giriş qapısında baş verib:

“Ac idi, başı fırlanırdı, gəldik ki, yemək yeyək, yeməkxanaya çatanda yerə yıxıldı”

Məktəbin direktoru Ramiz Nəsirov bildirib ki, hadisədən sonra Farizə yaxınlaşan zaman o, artıq ağır nəfəs alırdı:

“Təcili Tibbi Yardıma məlumat verdik. Həkimlər müdaxilə etsələrdə effektiv olmadı və xəstəxanaya apardılar. Rəsmi bir xəstəliyi olmayıb, lakin, bizdə olan məlumata görə, hərbi komisarlığın keçirdiyi tibbi komissiyadan keçən zaman, şagirdin ürəyində qüsur olduğu aşkarlanıb”.

Daha ətraflı Baku TV-nin süjetində:

11:10

Ağstafa rayonunda 10-cu sinif şagirdi qəfil vəfat edib.

Oxu.Az-ın məlumatına görə, hadisə Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə qeydə alınıb. 

Belə ki, 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fariz Qasımov tənəffüsdə olarkən halı pisləşib. O xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri