29 
Sen
2022
19:43
412
23
7360
Virtual karabakh

“Zerkalnıy Əliyarın” xanım davamçısı CƏRİMƏLƏNDİ - VİDEO

29 Sen, 2022
19:43
7360

“Zerkalnıy Əliyarın” xanım davamçısı CƏRİMƏLƏNDİ - VİDEO

Paytaxtın Yeryomenko küçəsində müxtəlif vaxtlarda yol hərəkəti qaydasını pozan 10-FN-555 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün videogörüntüləri yayımlanıb.

Belə ki, qoşa xəttin tələbini pozaraq geriyə dönən xanım sürücünün hərəkətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb.

İdarədən Avtosfer.az-a verilən məlumata görə sürücü müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, “Zerkalnıy Əliyar” kimi tanınan 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğlu dəfələrlə qayda pozuntuları ilə gündəmə gəlib. Onu tanıyanlar deyir ki, çox vaxt yolun ortasında maşını saxlayaraq sükan arxasında yatır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri