30 
Sen
2022
13:32
248
21
2529
Virtual karabakh

Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - YENİLƏNİB + FOTO

30 Sen, 2022
13:32
2529

Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu gün Qızılağac Milli Parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb.

Oxu.Az-ın əməkdaşları da balıq körpələrinin buraxılmasında iştirak ediblər.

11:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu gün Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar milli parka jurnalistlərin səfəri təşkil edilib.

Oxu.Az-ın məlumatına görə, səfər çərçivəsində Qızılağac Milli Parkında “Xüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi və ekoturizmin inkişafı” mövzusunda seminar-müşavirə keçiriləcək.

Tədbir çərçivəsində Qızılağac Milli Parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələrinin buraxılması nəzərdə tutulub.

Daha çox foto burada: Photostock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri