Okt
2022
10:14
8
146
1446
Virtual karabakh

KTM: Son üç ayda 70-dən çox insan ilan sancması ilə müraciət edib

4 Okt, 2022
10:14
1446

KTM: Son üç ayda 70-dən çox insan ilan sancması ilə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son üç ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

Onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. 

Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb. 

“Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir”, - deyə E.Hidayətoğlu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri