Okt
2022
15:12
10
166
1796
Virtual karabakh

Sorğu: Dövlət, ya özəl səhiyyə ocaqları? - VİDEO

5 Okt, 2022
15:12
1796

Sorğu: Dövlət, ya özəl səhiyyə ocaqları? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin əməkdaşı paytaxt sakinləri arasında “Dövlət, ya özəl səhiyyə ocaqlarına üstünlük verirsiniz?” sualı ilə sorğu keçirib.

Məlum olub ki, əksər vətəndaşlar dövlətə məxsus səhiyyə ocaqlarından imtina edirlər. Dərdlərinə çarəni isə özəl səhiyyə müəssisələrində tapırlar. Təbii ki, orada da vəziyyət ürəkaçan deyil. Özəl müəssisələrdə səhiyyə xidmətlərinin cib yandırdığı artıq hər kəsə bəllidir.

Ekspertlər mövcud vəziyyəti bir neçə amillə əlaqələndirirlər.

Həkim-ekspert Mərdan Əliyevin sözlərinə görə, xəstələrin özəl klinikalara müraciətinin səbəbi dövlət xəstəxanalarında laborator analizlərin qaneedici olmamasıdır.

“Digər bir səbəb isə özəl klinikaların istər stasionar şöbələrində, istər əməliyyat bloklarında, istərsə də ambulator müalicə üçün nəzərdə tutulmuş kabinetlərində şəraitin daha yaxşı olmasıdır”, - deyə əlavə edilib.

Ətraflı videonu təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri