Okt
2022
19:03
27
335
8463
Virtual karabakh

Gəncədə zəhərlənən şagirdlərdən ikisi evə buraxıldı - YENİLƏNİB + VİDEO

7 Okt, 2022
19:03
8463

Gəncədə zəhərlənən şagirdlərdən ikisi evə buraxıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə zəhərlənərək xəstəxanada müalicə alan 3 saylı tam orta məktəbin daha iki şagirdi evə buraxılıb.

Abbas Səhhət adına Yoluxucu Xəstəliklər Şöbəsindən “Report”a verilən məlumata görə, xəstəxanaya zəhərlənmə diaqnozu ilə gətirilən beş şagirddən üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Digər iki şagirdin müalicəsi isə xəstəxana şəraitində davam etdirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında məktəbin “6b” sinfində texnologiya dərsi zamanı şagirdlər tərəfindən hazırlanan salat 5 nəfərin zəhərlənməsinə səbəb olub.

Hadisə ilə bağlı dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib.

15:39

Gəncə şəhər 3 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.

Məktəbdən “Report”a verilən məlumata görə, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. 

“Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. 

Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər”, - məktəbdən qeyd edilib.

13:53

Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

Bu barədə “Report”a TƏBİB-ə bildirilib.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.

13:30

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri