17 
Okt
2022
16:58
45
228
2284
Virtual karabakh

Azərbaycanın “Avroviziya-2023”də iştirakı TƏSDİQLƏNDİ

17 Okt, 2022
16:58
2284

Azərbaycanın “Avroviziya-2023”də iştirakı TƏSDİQLƏNDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya-2023”də iştirakını təsdiqləyib.

Şirkətin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev bununla bağlı APA-nın sualına cavabında bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.

Beləliklə, Azərbaycan qarşıdan gələn “Avroviziya” Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.

Qeyd edək ki, İctimai TV “Avroviziya” Mahnı Müsabiqəsini Avropa Yayım Birliyinə üzv qəbul edildiyi 2007-ci ildən bəri hər il yayımlayır. Azərbaycan 2008-ci ildə ilk dəfə qitəmiqyaslı müsabiqəyə qatılıb, 2011-ci ildə isə müsabiqənin qalibi olub. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoyub və yarışmanı odlar yurduna gətirib.

Sonuncu dəfə - 2022-ci ildə Turində keçirilən “Avroviziya” Mahnı Müsabiqəsində Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə Azərbaycanı təmsil edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri