Noy
2022
23:18
444
58
13662
Virtual karabakh

Humay Qədimova Daxili İşlər Nazirliyinə müraciət edib - VİDEO

4 Noy, 2022
23:18
13662

Humay Qədimova Daxili İşlər Nazirliyinə müraciət edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, tarzən bu barədə öz “Instagram” profilində paylaşım edib. 

O bildirib ki, sürücüsü Ekologiya Postu adlanan ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru tərəfindən haqsız yerə saxlanılıb. 

Belə ki, polis inspektoru sürücünün içkili olmadığı halda, içkili olduğunu iddia edib, daha sonra ondan sənədlərini tələb edib. 

Humay Qədimova həm də qeyd edib ki, həmin inspektor avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istəyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri