14 
Noy
2022
13:18
252
18
1471
Virtual karabakh

Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB + FOTO

14 Noy, 2022
13:18
1471

Müdafiə naziri gürcüstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də bu ölkənin müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib. 

Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yekunda hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

12:16

Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Caunşer Burçuladzenin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada ulu öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri