27 
Noy
2022
10:49
37
179
2574
Virtual karabakh

Sumqayıtda hərbi sursat aşkarlanıb – FOTO/VİDEO

27 Noy, 2022
10:49
2574

Sumqayıtda hərbi sursat aşkarlanıb – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın iki ədəd BR-281 zirehdələn-başlıqlı tank mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri