29 
Noy
2022
17:52
94
48
2329
Virtual karabakh

PA-nın sektor müdiri: “Kommunal xidmətlərlə bağlı özəl sektora da şərait yaradılacaq”

29 Noy, 2022
17:52
2329

PA-nın sektor müdiri: “Kommunal xidmətlərlə bağlı özəl sektora da şərait yaradılacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşçi qrup tərəfindən kommunal xidmət göstəriciləri və kommunal xidmətlərin şəffaflığı, kommunal sahədə qaydalar və xidmətlərin həyata keçirilməsinin səmərəliliyi haqqında geniş araşdırmalar aparılıb. Müəyyənləşdirmişik ki, hədəflər 3 prosedur və 30 gün müddətində həyata keçirilsin”.

Oxu.Az xəbər verir ki, bu barədə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 3 prosedurun icrası çərçivəsində həm də özəl sektora müəyyən şərait yaradılacaq:

“Sahibkarın seçimi önəmli olacaq. O, ya “Azərsu” ASC-ni, ya da özəl sektorun nümayəndəsini seçə bilər. Bu da rəqabət mühitinin formalaşdıracaq. Biz bununla həm dövlət qurumlarına, həm də özəl sektora şərait yaradırıq ki, xidmət səviyyələri qiymətləndirilsin. Əhali hansı xidmətdən yararlanmaq istəsə, onu da seçə biləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri