30 
Noy
2022
12:12
32
185
6402
Virtual karabakh

Bakıda qəribə hadisə: Canına qəsd etdiyi deyilən tələbə qız “dirildi”

30 Noy, 2022
12:12
6402

Bakıda qəribə hadisə: Canına qəsd etdiyi deyilən tələbə qız “dirildi”

Ötən gün tələbə qızın Bakıda yaşadığı mənzilin eyvanında özünü asdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə haqqında intihar xəbəri yayılan R.R. özü Milli.Az-a bildirib.

Qızın sözlərinə görə, kənar bir şəxs onun şəxsi profilinin parolunu sındıraraq bilərəkdən barəsində həqiqəti əks etdirməyən belə bir xəbər yayıb.

Qeyd edək ki, dünən özünü R.R.-in tələbə yoldaşı və eyni zamanda rəfiqəsi kimi təqdim edən bir şəxs R.R.-in intihar etdiyi barədə məlumat vermişdi. O, intihar etdiyini iddia etdiyi qızın “Facebook” hesabında ardıcıl bir neçə status və onunla “xatirələri” ilə bağlı digər paylaşımlar edərək R.R.-in özünə qəsd etdiyini, artıq həyatda olmadığını bildirib.

Həmin şəxs öldüyünü bildirdiyi “rəfiqəsi”nin intihardan öncə ona sosial şəbəkə hesabının parolunu öz əlləri ilə verdiyini və öncə onun bunu hansı səbəbdən etdiyini anlamadığını bildirməklə, dostluğundakı şəxsləri R.R.-in artıq həyatda olmadığına inandırmağa çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri