30 
Noy
2022
14:44
63
234
1454
Virtual karabakh

Rövşən Tağıyev: “Şəhərdaxili yollarda sürət həddinin endirilməsi effektiv ola bilər”

30 Noy, 2022
14:44
1454

Rövşən Tağıyev: “Şəhərdaxili yollarda sürət həddinin endirilməsi effektiv ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əvvəllər yüksək sürətin tıxacı aradan qaldırmağa xidmət etdiyinə inanılırdı. Lakin bu gün ekspertlər düşünürlər ki, sürətin endirilməsi yollarda stabil ötürücülüyün bərpası üçün ən optimal çıxış yoludur”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.

O bildirib ki, buna misal olaraq Finlandiyanı nümunə gətirə bilərik:

“Oslo şəhəri təhlükəsizliyi ilə tanınır. İstər orada, istərsə də Avropanın digər şəhərlərində şəhərdaxili sürət həddi 30-50 km/saat təyin edilib. Yol hərəkəti təhlükəsizliyi baxımından bu təcrübə tətbiq edilir və müsbət effekti də görülür. Bu səbəbdən düşünürəm ki, bu təcrübənin Bakı yollarında tətbiq edilməsi tıxacların azalmasına xidmət edə bilər.

Sürət həddinin endirilməsi tətbiq edilən ölkələrdə piyadavurmaların sayı kifayət qədər azdır. Bakıda yol-nəqliyyat hadisələrinin 63 faizini piyadavurmalar təşkil edir. Düşünürəm ki, şəhərdaxili yollarda sürət həddinin endirilməsi praktikası müsbət nəticə verə bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri