Dek
2022
11:56
126
15
3856
Virtual karabakh

Miqrant şurasına sədr seçildi - FOTO

2 Dek, 2022
11:56
3856

Miqrant şurasına sədr seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası və İşçi Qrupunun görüşü keçirilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Şuranın Türkiyə Respublikası üzrə təmsilçisi Gökhan Çoban şuraya sədr seçilib. 

Yeni sədr uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyə qalib gəldikdən sonra bu vəzifəyə seçilib.

Qeyd edək ki, 10 ildir Azərbaycanda yaşayan və bir çox vəzifələrdə çalışan Gökhan Çoban hazırda ölkəmizdə fəaliyyət göstərən özəl bankların birində direktor müşaviri vəzifəsini icra edir. O, azərbaycanlı xanımla evlidir. Cütlüyün bu evlilikdən bir qız övladı var. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri