2 
Dek
2022
15:48
20
126
3389
yuxarı
Bakıda ipoteka ilə ev almaq istəyən qadının başına oyun gəldi
2 Dek, 2022
15:48
3389
20
126
Bakıda ipoteka ilə ev almaq istəyən qadının başına oyun gəldi
Bakıda qadın dələduzluqda ittiham olunur.
Lent.az xəbər verir ki, K.Kazımova barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb. O, öz həmcinsi olan N.Osmanovanı aldadaraq, dələduzluq yolu ilə pulunu mənimsəməkdə təqsirli bilinir.
Məlumata görə, N.Osmanova ipoteka ilə ev almaq istəyib. Bunu bilən K.Kazımova ona kömək edəcəyini bildirib. Kazımova Osmanovanın ipoteka ilə ev almaq istəyini “reallaşdırmaq” üçün ondan 3 500 manat pul alıb. Ancaq pulu aldıqdan sonra vədinə əməl etməyib.
Aldanıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda K.Kazımovanın cinayət işi Nizami Rayon Məhkəməsində araşdırılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
26 
Apr
2024
12:56
Avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı? - AÇIQLAMA
4
1
201
26 
Apr
2024
12:44
Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO
8
17
449