Dek
2022
10:00
14
183
2511
Virtual karabakh

Bakıda mənzildən qumbara tapılıb - FOTO/VİDEO

3 Dek, 2022
10:00
2511

Bakıda mənzildən qumbara tapılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonunda mənzillərin birində partlayıcı-sursat olması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

Polis əməkdaşları tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu tərəfindən Yasamal rayon sakininin kirayə yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri