Dek
2022
16:34
27
316
4758
Virtual karabakh

Qəbələdə dağlıq ərazidə itkin düşən şəxs gəzmək adı ilə evdən çıxıbmış - YENİLƏNİB

3 Dek, 2022
16:34
4758

Qəbələdə dağlıq ərazidə itkin düşən şəxs gəzmək adı ilə evdən çıxıbmış - YENİLƏNİB

Qəbələdə 4 gün əvvəl itkin düşən Səyavuş İbrahimxəlil oğlu Həmidovun tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarından FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Axtarışda FHN-nin əməkdaşları ilə yanaşı, itkin düşən şəxsin yaxınları və qohumları da iştirak edirlər. Axtarışlar Qəbələnin şimal tərəfindəki dağətəyi ərazilərdə, dağlarda və Şonqar bulağı adlanan ərazidə aparılır.

İtkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirib ki, S.Həmidov gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib: 

“Hazırda ailəsi və yaxınlarımız pərişan və həyəcanlı gələcək xoş xəbər gözləyirik. Ümid edirik ki, tez bir zamanda qardaşım tapılacaq”.

12:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bununla bağlı FHN-dən məlumat verilib.

Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri