Dek
2022
11:16
4
138
1487
Virtual karabakh

İsmayıllıda kişi evində boğularaq öldü

5 Dek, 2022
11:16
1487

İsmayıllıda kişi evində boğularaq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayon sakini vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, rayonun Qəzli kənd sakini, 43 yaşlı  Asif Mustafayev yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, İsmayıllı rayonunun Qəzli kəndində yerləşən fərdi yaşayış evində 1979-cu il Asif Mustafayevin ölməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub:

“Polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İlkin araşdırma zamanı həmin şəxsin qaz sobasından çıxan dəm qazından zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri