Dek
2022
11:12
8
143
2256
Virtual karabakh

Naxçıvanda “Tu-134” təyyarəsinin qəzaya düşməsindən 27 il ötür

5 Dek, 2022
11:12
2256

Naxçıvanda “Tu-134” təyyarəsinin qəzaya düşməsindən 27 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasında “Tu-134” təyyarəsinin qəzaya düşməsindən 27 il ötür.

Belə ki, 1995-ci il dekabrın 5-də Naxçıvan-Bakı reysi ilə hərəkət edən “Tu-134” sərnişin təyyarəsi Naxçıvan hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb.

Pilot təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Elə bu anda saatda sürəti 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə qarşılaşır. Fəlakətdən qurtulmaq üçün pilotlar sağa, 37 dərəcə bucaq altında kəskin dönüş etməyə məcbur qalırlar və hava limanı yaxınlığındakı açıq sahəyə istiqamətlənirlər.

Yüksək gərginlikli elektrik xətlərinə toxunan təyyarə alışır. 

Qəzada 82 nəfərdən dördü heyət üzvü olmaqla, 52 nəfər həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri