Dek
2022
11:06
79
8
1321
Virtual karabakh

Sencer Yeralan: “Artıq kitabdan öyrənmək bizə kifayət etmir” - FOTO

5 Dek, 2022
11:06
1321

Sencer Yeralan: “Artıq kitabdan öyrənmək bizə kifayət etmir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ADA Universitetində “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası 2023-cü ildə Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər. 

Bugünkü toplantının məqsədi isə konqresin fəaliyyəti, iş prinsipi və tələbələr, gənc mütəxəssislər, təhsil işçiləri üçün konqresin faydaları haqqında məlumat verməkdir. 

Tədbirdə çıxış edən ADA IT və Mühəndislik məktəbinin dekanı Sencer Yeralan ilk olaraq ADA Universitetinin yaranma tarixindən söz açıb, daha sonra isə dekanı olduğu məktəbin mahiyyətinə diqqət çəkib:

“Fərqli düşüncələrə diqqət çəkmək yetərli deyil, həm də onların ortaya çıxması üçün çalışmaq lazımdır. Fərqli şeylər ortaya gözəl nəticələr çıxarır. Öyrənmənin növləri var, artıq kitabdan öyrənmək bizə kifayət etmir. Əgər ortada prototip yarada bilmirsinizsə, bizim üçün o çatışmazlıqdır. Ona görə də laboratoriyalara önəm veririk”.

PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri