Dek
2022
12:40
8
188
1499
Virtual karabakh

Astarada avtomobil dərəyə aşıb: Ata öldü, oğlu xəsarət aldı

5 Dek, 2022
12:40
1499

Astarada avtomobil dərəyə aşıb: Ata öldü, oğlu xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun dağlıq ərazisində yerləşən Motalayataq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - sürücünün oğlu, 1995-ci il təvəllüdlü Ruslan Aydınzadə isə xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri