Dek
2022
01:02
305
99
3392
Virtual karabakh

Çingiz Abdullayev: “Azərbaycan dilini bilmədən yaşamaq mümkün deyil”

9 Dek, 2022
01:02
3392

Çingiz Abdullayev: “Azərbaycan dilini bilmədən yaşamaq mümkün deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəti mövqeyimi son dəfə bildirmək istəyirəm. Bir ölkədə dövlət dilini bilmədən yaşamaq mümkün deyil, xüsusən də bu dil sənin ana dilindirsə. Azərbaycan dilini bilmədən yaşamaq və işləmək mümkün deyil. Bu məsələ müzakirə olunmur”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev deyib.

“Dövlət dilimizi bilməyin vacibliyindən yazanda mənim rus, ingilis, fransız məktəblərinin bağlanmasını istədiyimi düşünən insanlar var. Xarici dil bilməyin əhəmiyyətindən yazanda, başqa qeyri-adekvat düşüncəlilər isbat etməyə çalışırlar ki, mən Azərbaycan məktəblərinin rolunu kiçildirəm. Rahat olun. Siz bizim Prezidentimizdən ibrət götürün. Bizim 2020-ci ildəki ümumi qələbəmizdə onun rus və ingilis dillərini mükəmməl bilməsinin müstəsna rol oynadığı hamıya məlumdur”, - Ç.Abdullayev qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri