10 
Dek
2022
17:27
48
190
3750
Virtual karabakh

Ata övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı - VİDEO

10 Dek, 2022
17:27
3750

Ata övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Xətai rayonu, Ramiz Quliyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, anidən başlayan yanğın fərdi yaşayış evini bürüyüb. Həmin an biri azyaşlı olmaqla evdə 3 nəfər olub. Hadisə zamanı xəsarət alanlar olub. Ata övladını yanğından xilas etmək üçün ikinci mərtəbədən atılıb. Bu zaman onun ayağı sınıb. Bir qadının isə yanıq xəsarətləri aldığı bildirilir. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.

Qeyd edək ki, hadisə baş verən əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Ümumilikdə 60 nəfər olmaqla, 8 ədəd xüsusi texnika vasitəsilə yanğına müdaxilə edilib.

Yanğın 30 dəqiqə ərzində söndürülüb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri