15 
Dek
2022
20:39
42
1140
30032
Virtual karabakh

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO

15 Dek, 2022
20:39
30032

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları hadisənin təfərrüatı barədə danışıblar.

Ölən şəxslərdən birinin yaxını Müqəddir Musayev bildirib ki, qəza zamanı TIR, mikroavtobusun üzərinə çıxıb:

“Sümüklərin kimə aid olduğunu ayırd etmək olmurdu”.

Bir digər ölən şəxsin yaxını Vəkil Musayev mikroavtobusun sürücüsünün avtomobili yolun kənarına çəkdiyini daha sonra qəzanın baş verdiyini bildirib:

“Eyni istiqamətdə hərəkətdə olan TIR mikroavtobusun üzərinə çıxıb. Yəqin ki, sürücü yuxulu olub”.

Daha ətraflı Baku TV-nin süjetində:

15:21

Bakı-Quba yolunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərdən beşinin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun xəbərinə görə, qəzada ölən 5 nəfər aşağıdakılardır:

1. 1986-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov

3. Yasamal rayon sakini İlqar Musayev

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Alik Balakişiyev Yusif oğlu.

5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu

Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin də kimliyi dəqiqləşdirilir.

Ölənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan TIR sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.

14:24

Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmir yolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olublar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində iş aparılır. 

Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.

11:57

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan TIR sürücüsü Atayev Elçin Arif oğlunun xəstəxanada müalicəsi davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

11:43

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan TIR sürücüsü Atayev Elçin Arif oğlu xəstəxanada ölüb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

11:11

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürücü Atayev Elçin Arif oğlu xəstəxanaya yerləşdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-a bildirilib ki, Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib:

“1992-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili Tibbi Yardım Bölməsində davam etdirilir. Vəziyyəti orta ağırdır”.

10:40

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı avtomobillə TIR toqquşub. Hadisə zamanı “Mercedes Vito”da altı nəfər ölüb, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, xilasetmə tədbirləri görülür.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri