17 
Dek
2022
11:04
68
35
3674
Virtual karabakh

Tıxaclar, “Prius”lar, nəqliyyat: Həmid Həmidov Natiq Zərbəliylə söhbətləşib - VİDEO

17 Dek, 2022
11:04
3674

Tıxaclar, “Prius”lar, nəqliyyat: Həmid Həmidov Natiq Zərbəliylə söhbətləşib - VİDEO

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında abunəçilərə daha bir maraqlı videomüsahibə təqdim edib.

Oxu.Az xəbər verir ki, aparıcının qonağı Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının sədri, “Autograph” onlayn jurnalının baş redaktoru, avtobloger Natiq Zərbəlidir.

Yeni videoda Həmid Həmidov və Natiq Zərbəli Azərbaycanda olan bütün avtomobillərin 70 faizinin Bakıda cəmlənməsi, günün bütün saatlarında olan tıxaclar, sakinlərin mental xüsusiyyətlərini, şəhər planlaşdırması və memarlığını nəzərə almaqla paytaxt üçün avtomobil sıxlığından qurtulmağın ən optimal variantları, “manatlıq” taksilər, şəhərin köhnə “Prius”larla dolub-daşması kimi mövzularda maraqlı söhbət aparıblar.

Aparıcının qonağı həmçinin köhnə avtomobillərin utilizasiyası, Azərbaycanda yığılan avtomobillər, idxal olunan avtomobillərə qoyulan külli miqdarda gömrük rüsumları, trolleybus və tramvayların bərpası, metrodakı sıxlıq və s. haqqında da öz fikirlərini bölüşüb.

Daha ətraflı videoda:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri